2012-ci ildə “Ən yaxşı pizza” qayesini rəhbər tutaraq Papa John’s Azərbaycanda öz restoranını açdı. Bilirik ki, ən yaxşı inqrediyentlərdən istifadə edərək dünyanın hər bir yerində mükəmməl pizzalar təqdim edəcəyik. Bu günə qədər “Daha yaxşı inqrediyentlər.Daha yaxşı pizza.” şüarını və hədəfini rəhbər tutmuşuq. 

Bizim əsas amalımız anlaşılandır: “İşçilərinizə qayğı göstərin, onları ən yaxşı inqrediyentər ilə təmin edin, nəticədə sizin pizzalarınızın keyfiyyəti mükəmməl olacaqdır”. Bu bizim stimulumuzdur və buna görə də mükəmməl pizza və yüksək xidməti təklif etmək üçün sektorda digərlərindən daha çox sərmayələr edirik. 

“Papa John`s Azərbaycan” Orlando, Florida ştatında keçirilmiş illik beynəlxalq “Papa John`s” konfransında 30 ölkə arasından “2013-cü ilin ən yaxşı franşıza alan tərəfi” elan edilmişdir. 

2015-ci ildə  “Papa John`s Azərbaycan” Beynəlxalq Keyfiyyətə Nəzarət Mərkəzinin “Əsas Dəyərlər” Mükafatını almışdır. 

Hazırda bizim şirkət Azərbaycanda 4 restorana qədər genişlənmişdir. Biz uğurumuzla qürür duyuruq, lakin uğuru qazanmaq üçün keçdiyimiz yoldan daha çox qürur duyuruq. Keyfiyyətə və işçilərimizə qayğıya hədəflənərək inkişafa davam edirik. 2013-cü ildə ən yaxşı franşıza alan tərəf, 2015-ci ildə Keyfiyyətə Nəzarət Mərkəzinin ən yaxşı mükafatlarına layiq görülmək yaxşıdır, lakin ən önəmlisi etməli olduğumuz işlə “Ən yaxşı pizza təqdim etməklə” müştəriləmiz tərəfindən qəbul edilməkdir. 

Sevdiyimiz işlə - “Ən yaxşı pizza hazırlamaq”- məşğul olaraq hörmət qazanmaq çox gözəldir.