Əgər sizin hazırladığınız xəmir keyfiyyətli deyilsə pizzanın üzərinə əlavə etdiyiniz inqrediyentlərin yüksək keyfiyyəti bir anlam kəsb etməyəcək və siz sonda mükəmməl bir pizza almayacaqsınız. Məhz buna görə də orijinal xəmir Papa John’s mətbəxində sıfırdan hazırlanır və sonra şəhərin bütün restoranlarına təzə  göndərilir və buna görə də Papa John`s-un yüksək keyfiyyətli pizzasının resepti yetəri qədər sadədir-bu bizim uğurumuzun əsasıdır!

Xəmirimizi yalnız yüksək keyfiyyətli inqrediyentlərdən hazırlayırıq, buraya yüksək keyfiyyətli zülal, ağardılmamış buğda unu, saflaşdırılmış su, maya, zeytun yağı və duz daxildir. Hədəfimiz, 30 ol bundan qabaq Con Şnatterin arxa otaqda hazırladığı kimi, həm orijinal və həm də yüksək keyfiyyətli xəmir hazırlamaqdır - sadə və hamar, sadəcə ləzzətli. 

Orijinal xəmirimiz anbardan restoranlara təzə vəziyyətdə gətirilir. Bizim xüsusi, yüksək zülallı, ağardılmamış buğda unu və saflaşdırılmış sudan hazırlanmış orijinal Papa John`s pizza xəmiri unikal dad, çeynəmə asanlığı və xırçıltı balansına malikdir. 

İnqrediyentlərimiz 

Mükəmməl pizza hazırlamaq üçün nələr tələb olunur? Papa John`s olaraq biz bilirik ki, mükəmməl pizza reseptinin böyük bir qismini insanlar, xidmətimiz, mükəmməl pizza hazırlığı sahəsində təcrübə tutur. 

Lakin bizim ləzzətli xəmirə əlavə eydiyimiz dadlı, təzə, təsəvvür edilməyəcək dərəcədə ləziz inqrediyentlər də eyni dərəcədə əhəmiyyətlidir.

Qril Toyuq

Zəngin və kömür ətirli şirəli döş əti. Bizim bütün toyuq məhsullarımız halaldır, onların tərkibində süni dadlandırıcılar, boyalar və ya qoruyucu vasitələr yoxdur.

Mal əti

Biz pizzalarımızda yalnız təbii, yüksək keyfiyyətli ətlərdən hazırlanır. Mal əti və italyan sosisləri halaldır, onlar təbii mal ətidir, tərkibində qatqı və ətirləndirici maddələrdən istifadə olunmamışdır.

Pepperoni

100%-lik halal, doğranmış və xırçıldayacaq qədər mükəmməl hazırlanan pepperoni xəfif və acılı dada malikdir.

Təzə pomidorlar

Hər gün bizim mətbəximizdə şirəli təzə pomidorlar pizza mütəxəssislərimiz tərəfindən doğranılır.

Yaşıl bibər

İnanılmaz ətirli dada malik, şirəli yaşıl bibər dilimləri.

Şampinyon göbələkləri

Ağ papaqlı, möhkəm teksturalı, təzə göbəklər.

Qara Zeytun

Bizim zeytunlarımız yüksək keyfiyyətli və cəlbedici, Herrera meşələrindən toplanmış zeytunlardır.

Qarğıdalı

Biz yüksək keyfiyyətli, şirin və ətirli qarğıdalıdan istifadə edirik.

Halapenyo Bibəri

100% təbii Halapenyo bibərləri təzə şəkildə dilimlərə doğranılır və sarıköklə bərabər ədviyyatlı duzlu suyu əlavə olunaraq qablaşdırılır.

Mozzarella

Əgər siz pendir sevənsinizsə, siz bizim mozzarella pendirimizi də sevəcəksiniz. Bu Papa John`s-un eksklyuziv pendiridir, 100%-lik mozzarella yüksək keyfiyyətli südündən hazırlanır. Yüngül və zərifdir, ətirlidir, “pizzanı həqiqətən pendir yaradır” fikrini təsdiqləyir!

Feta Pendiri

Bu dadlı, duzlu, hissələrə ayrılan ağ pendir yunan bayramlarının xatirələrini oyadacaqdır.

Pizza sousu

Bizim pomidorlarımız Mərkəzi Kaliforniya vadisinin zəngin, məhsuldar fermalarında diqqətlə yetişdirilir, səkkiz saat ərzində sahədən dərilərək təzə vəziyyətdə qablaşdırılır.