Con Şnatter və Papa John's

Conun atası, Robert Şnatter və onun babası “Papa” Askerson Cona zəhmətin önəmini izah etmişlər. 15 yaşında o,  şəhər ətrafında yerləşən yerli pizza restoranı “Rocky’s Sub Pub”-ında ilk işinə başlamış, qabyuyandan pizzaçı qədər yüksəlmişdir. Bu təcrübə onda öz pizza restoranını açmaq və yüksək keyfiyyətli pizza restoranları şəbəkəsini təsis etmək ideyasını yaratmışdır. 

Con Ball Dövlət Universitetində Biznes dərəcəsinə yiyələnmişdir. O, atasının “Mick`s Lounge” kafesində işləmiş və kafenin müflisləşmə astanasında olduğunu bildikdən sonra o, biznesi xilas etmək üçün hədiyyə edilmiş 1972-ci il Camaro Z28 markalı maşını 2,800 dollara satmışdır. 

O, “Mick`s Lounge” kafesinin anbarı sökmüş, istifadə edilmiş restoran avadanlığını almış, barın arxasından pizza satışına başlamışdır. 

30 il ərzində İndianada tək restorandan başlamış, 44 ölkədə müştərilərə “Ən Yaxşı” pizza təklif edən 4,900 “Papa John`s” restoranına qədər inkişaf etmişdir. 

Fəaliyyətimizi inkişaf etdirmək üçün hər zaman yeni ideyalar ifadə edərək irəliləməyə və inkişaf etməyə çalışırıq. 

 

Daha yaxşı inqrediyentlər. Daha yaxşı pizza

Uğur qazanmağın sirri ən yaxşı pizza bişirməkdən ibarətdir - buna nə qədər əmək sərf etsən bir o, qədər gözəl nəticə əldə edəcəksən. Hazırda biz mükəmməlliyə 30 il öncə qapılarımızı ilk dəfə açdığımız zamanlardakı kimi can atırıq. Yeni innovativ məhsullar və reseptlər təqdim edərək biz ən yaxşılardan olmaq istəyirik. 

Hər zaman Sizə yüksək keyfiyyətli pizza təqdim etmək üçün sousa, inqrediyentlərə və orijinal təzə xəmirə fərq qoymadan biz inqrediyentlərinin keyfiyyətli olması üçün sərmayələr edirik. 

Sizin üçün bu sadəcə daha yaxşı pizza deyil, ailənin bir yerə toplaşması, yadda qalan ad günü, işdə tədbir və ya sadəcə dadlı bir yeməkdir. Bizim hədəfimiz hər bir tədbirdə Sizə ən yaxşı inqrediyentlərinin təqdim edilməsi barədə Sizi əmin etməkdir.